S.Peres: Belə pis oldu

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Kanadada hər şey onun üçün tərs gedib.

F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda qəza etdikdən sonra yarışda da etibarlılıq problemlərinə görə mübarizəni vaxtından əvvəl dayandırıb.

Serxio Peres: “Ötürmələr qutusu xarab oldu. Bolidi sürətləndirə bilmədim. Problem bu idi. Heyif oldu. Bu həftə bizim üçün hər şey pis getdi. Etibarsızlıq problemləri bizi incitməyə davam edir. Xalsız qalamq pis oldu.

Strategiyam yaxşı idi və ötmələr edirdim. Podium üçün mübarizə apara bilərdim. Çempionluq uğrunda mübarizə apararkən mübarizəni dayandırmaq pis olur. Çempionat uzun olsa da, bugünkü problem ürəyimi ağrıtdı. Bunları tezliklə unutmaq istəyirəm. Çox pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*