F-1.az xəbər verir ki, onlardan biri də Red Bull-un meksikalı sürücüsüdür.
Serxio Peres: “Nə dəyişdiyini bilmirəm, amma bu bir neçə gündə balans çox fərqlidi. Keçən həftə testlərdə çox uzun məsafə qət etdik və yarış həftəsonunun əvvəlində balans tamamilə fərqli idi. Təfərrüatlara varmaq istəmirəm, amma maşın fərqli davrandı və səbəbini bilmədik. Bəlkə də küləkdəndir, bilmirəm. Həftəsonu başa çatdıqdan sonra daha çox məlumatımız olacaq.
Hər iki maşında kifayət qədər ciddi dəyişikliklər etməli olduq, sonda yarışda daha yaxşı temp üçün yarış sazlanması etmək qərarına gəldik. Ümumiyyətlə, təsnifat zamanı tarazlıq mənə uyğun deyildi. Bunun öhdəsindən gəlməyi öyrəndim və finalda yaxşı dövrə vurdum, lakin bu, Maksı qabaqlamaq üçün kifayət etmədi”.