F-1.az xatırladır ki, meksikalı sürücü Azərbaycan yarışıda komanda yoldaşı Okon ilə təmas yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.
Serxio Peres: “Hələ də Bakıdakı yarışda itirdiyimiz xalların məyusluğunu yaşayıram, amma tempimiz təsiredicidir. Avstriyada gözəl şansımızın olacağına əminəm. Ümid edirəm ki, problem yaşamarıq. Mövsüm başlayandan bəri yaxşı işlər görürük və belə davam etmək üçün əlimizdən gələni edəcəyik. Bakıdan sonra yenə də ən sürətli 4-cü komanda olmaq üçün əlimizdən gələni etməliyik. Ümid edirəm ki, komanda yoldaşımla növbəti dəfə təmas yaşamaram”.