F-1.az xatırladır ki, meksikalı sürücü Azərbaycanda daha əvvəl biri qələbə olmaqla, 4 podium qazanıb.
Serxio Peres: “Keçən il komanda olaraq Bakıda yaxşı nəticə qazanmışdıq və hamı bilir ki, şəhər tipli trasları çox sevirəm. Burada həmişə hədəfimiz qələbə olub. Əlbəttə, yeni formata görə sazlanma tapmaq işimizi çətinləşdirir. Ancaq hamı üçün vəziyyət eynidir. Əsas odur ki, cümə gününndən etibarən düzgün sazlanma tapaq.
Avstraliyada elə də yaxşı yarış keçirmədim. Yenə də komanda olaraq hədəfimiz həm boliddən, həm də özümdən maksimum performans almaqdır. Mövsümün qalan hissəsində bunu daha yaxşı edəcəyimizə əmin olmalıyıq.
Növbəti 6 həftədə beş yarış var. Fərqli konfiqurasiyalı traslarda yarışacağıq. Beləliklə, RB19-un nə qədər güclü olduğunu görəcəksiniz”.