F-1.az xatırladır ki, Serxio Peres keçən il Formula1 tarixinin ilk Bakı yarışında ötürmələr qutusunu dəyişdiyinə görə yarışa 7-ci yerdən başlasa da, yekunda podiuma yüksələ bilmişdi.
Serxio Peres: “Monrealdan sonra özümü yaxşı hiss edirəm. Bolid sürətli və rəqabətədavamlı idi. Bu tras mövsümün ən yaxşılarından biri olacaq. Bu, Bakı üçün əla xəbərdir. Trasda uzun düzlüklər və böyük əylənmə zonaları var. Şəhər tipli trasları həmişə sevmişəm. Komanda da neçə yarışdır bolidi yaxşı təkmilləşdirib. Bu həftəsonu da yaxşı vəziyyətdə olacağıq.
Bakı Şəhər Halqasındakı ilk yarışın xatirələri çox gözəldir. Tempimiz əla idi və trasın quruluşunu çox sevdim. Ötürmələr qutusunu dəyişdirib cəza alsam da, yarışı podiumda bitirə bilmişdim və bu çox xüsusi idi. Formula1-dəki ən gözəl həftəsonlarımdan biri idi. Keçənilki uğuru bu ildə təkrarlamağa çalışacağıq”.