F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda 7-ci olsa da, startda 4 yer qazanaraq, 3-cü yerə yüksəlib və pitlərdən sonra Həmiltpnu keçərək ikinci olub. Yarışın sonuna 5 dövrə qalmış hər kəs Red Bull-dan qələbə dublu gözləsə də, Ferstappenin arxa təkəri partlayıb.
Qəzadan sonra qırmızı bayraqlar çıxıb və yarış yerindən startla başlayıb. Həmilton birinci döngədə əylənmə zonasını qaçıraraq, cibə daxil olub və nəticədə xalsız qalıb. Peres isə Bakıda Red Bull ilə ilk, ümumilikdə isə karyerasının ikinci qələbəsini qazanıb.
Serxio Peres: Bu gün üçün çox xoşbəxtəm. Bakı yarışı həmişə dəlisov olur. Maksa görə məyusam. O, mükəmməl yarışdı və qələbəyə layiq idi. Dubl etmək üçün komanda mükəmməl strategiya seçdi. Lakin bizim üçün fantastik gün oldu. Bolidi yarışdan çəkmək istəyirdik, amma bəxtimiz gətirdi və finiş gördük. Yarışın sonuna qədər hər şey çətin idi.
Yarış ərzində tempim yaxşı idi. Deyəsən pit-stopumuz yavaş oldu və buna görə də Lyuis bizim arxamıza gəldi. O, mənə çətin anlar yaşatdı. İkinci startda isə yanıma qədər gəldi. Öz-özümə dedim ki, qələbəni əldən verməyəcəm və bacardığım qədər gec əyləndim. O da eynisini etdi və onun üçün pis oldu. Komanda üçün əla gün oldu. Bu qələbə mənim və komandamın özünə olan inamını artıracaq”.