S.Peres: Avstriyada formama qovuşacam

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, çətin dövrdən keçir, amma tezliklə yenidən köhnə formasına qayıdacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü Kanadada növbəti uğursuz həftəsonunu geridə buraxıb. O, yarışa 12-ci yerdən başlayıb və yarış ərzində heç nə ilə yadda qalmayaraq, 6-cı olub. Sonda sürətli dövrə də vuran 33 yaşlı pilot aktivinə 9 xal yazdırıb.

Serxio Peres: “Bir az daha yaxşı nəticə mümkün idi, amma heyif ki, yetəri qədər tempimiz yox idi. Bizim üçün yaxşı gün olmasa da, əlimizdən heç nə gəlmir. Çox çətinlik yaşadıq. Təhlükəsizlik maşını da bizim üçün səhv zamanda gəldi. Bu da bizə çox zərər verdi.

Əylənmə zonalarında çox çətinlik çəkdim. Məncə, bolidi sürmək əla deyildi. Əylənmə zonalarında çox çətin idi. Buna görö bunu anlamalı və problemləri həll edib güclü formada qayıtmalıyıq. Hazırda nə baş verdiyini bilmirəm. Komanda olaraq baxmalı və anlamalı şeylərimiz var. Ancaq tək pit-stoplu stratgiya pis deyildi. Təhlükəszilik maşınına görə zərər gördük.

Peres Avstriya yarışı ilə yenidən özünə gəlmək istəyir: “Avstriya yarışını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, orada real formama qayıdaram.. Son yarışlar istədiyimiz kimi keçmədi. Ancaq mənəvi cəhətdən çökməməliyik. Monakoda səhv etdim. Pis həftəsonu idi. Ancaq bu hal baş verməsə, sürətli ola bilərdim. Məni narahat edən isə tempimin olmadığı yarışlardır”.

Qeyd edək ki, bu yarışdan sonra Pereslə Ferstappen arasındakı fərq 69 xala yüksəlib. Meksikalı sürücü son dəfə podiuma Mayami yarışında yüksəlib. Ondan sonra keçən 3 yarışdan isə cəmi 21 xal toplaya bilib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*