F-1.az xatırladır ki, meksikalı sürücü daha əvvəl Aston Martin-də (köhnə adları ilə Force İndia və Racing Point) yarışıb və karyerasının ilk qələbəsini 2020-ci ilin Saxiq yarışında bu komanda ilə alıb.
Serxio Peres: “Məncə, Fernando Aston Martin-ə çox şey qatacaq. Eşitdiyimə görə 2023-cü ildə çox güclü olacaqlar. Buna görə də Alonsonun sürətli maşınla bizimlə mübarizə aparması idman üçün gözəl olar”.