S.Peres: “Alonsonun işi çətindir”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Fernando Alonsonun builki təqvimi çox çətin olacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il həm Formula1-də, həm də WEC-də yarışacaq və 26 yarışda iştirak edəcək.

Serxio Peres: “Fernandonun proqramı çox gərgindir. Biz il ərzində həm yarışırıq, həm də simulyatorda işləyirik. Demək olar ki, boş vaxtımız olmur. Alonso bundan başqa WEC-də də yarışacaq və onun üçün çox çətin olacaq. Ümid edirəm ki, hər şey istədiyi kimi olar, ancaq çox yorulacaq. Onsuz da təqvimdə 21 yarışımız var və bizim üçün limitdir. Buna görə də iki fərqli seriyada tam mövsüm yarışmaq mümkünsüzdür. Mən bunu etmərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*