F-1.az xatırladır ki, Serixo Peres komandası ilə gələn il üçün müqaviləsini uzatmaq barədə razılığa gəlmişdi. Lakin bu həm də meksikalı sürücünün sponsorlarından asılıdır. Peresin Williams və Renault-yla da danışıqlar apardığı, hər iki komandanın onun istəklərinə müsbət cavab verəcəyi deyilir.
Williams-ın bu ilki çıxışı olduqca qeyri-sabitdir. Komanda Force-İndia ilə geridə qalan yarışlarda demək olar ki, eyni xal yığıb. Bu da komandanın gələn il üçün radikal addımlar atmasına səbəb ola bilər. Renault variantı cəlbedici görünsə də, yaxın zamanlarda komandanın uğurlu çıxışına ümid azdır və bu da Peresi düşündürə bilər.
Digər tərəfdən isə, Ferrari-in Kimi Rəykkönen ilə olan müqaviləsi 2017-ci ilin sonunda bitir və Peresin 2018-ci ildə onun yerinə keçmək istədiyi bildirilir. O, Ferrari-nin tərkibində uzun müddət yarışmaq istəyir. Bu transferdə onun sponsorları olduqca vacib rol oynaya bilər. Buna görə də, “Çeko” daha bir il Force İndia-da qalaraq sonra Ferrari-yə keçə bilər.
Qeyd edək ki, İtaliya Qran Prisi ərəfəsində Peres gələcəyi ilə bağlı qərarın Sinqapur Qran Prisində veriləcəyini bildirmiş, bir qədər sonra isə Force İndia komandası onunla müqavilənin uzadılması barədə məlumat vermişdi.