S.Peres 2017-ci illə bağlı qərarını yenə təxirə salıb

F-1.az xəbər verir ki, meksikalı sürücünün Force İndia ilə müqaviləsini bir il uzatdığı barədə xəbərlər çıxmışdı, lakin özü bunu təkzib edir.

Serxio Peres: “Bu həftəsonu gələcəyimlə bağlı planlarımı açıqlamağı düşünürdüm. Lakin bəzi gecikmələr oldu və ümid edirəm ki, sonrakı yarışdan əvvəl hər şey məlum olacaq. Həmişə dediyim kimi, komandamda qalsam, buna çox sevinərəm. Komanda olaraq hər il daha yaxşı nəticələr əldə edirik. Gələn il reqlamentdə olacaq ciddi dəyişikliklərin komandaya mənfi təsir göstərəciyini düşünmürəm.

2014-cü ildə də ciddi dəyişikliklər oldu, amma biz artıq 3-cü yarışda podiuma yüksələ bilmişdik. Qaydalar yenə dəyişilir və biz yenə potensialımızı göstərə bilərik. Gələn il Red Bull, Ferrari və Mercedes ilə mübarizə aparmaq çətin olacaq. Amma yenə də irəliyə doğru daha bir addım ata biləcəyimizi düşünürəm”.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*