S.Ojye Yunanıstanda qayıdır

Rallinin əfsanəsi Sebastien Ojye gələn ay Yunanıstanda keçiriləcək Akropolis Rallisində Toyota-nın sükanı arxasına keçməyə hazırlaşır.

F-1.az xatırladır ki, fransalı sürücü iki ildir ki, Dünya Ralli Çempionatında yarım mövsüm yarışır. Onun bu il 7 rallidə iştirakı gözlənilir.

Səkkizqat Dünya Çempionunun 7-10 sentyabrda Yunanıstan Rallisində yarışması gözlənilir.

Qeyd edək ki, əfsanəvi sürücü bu il çıxdığı 5 rallidən 3-də – Monte Karlo, Meksika və Safari – qalib gəlib.

Sebastyen Ojye 2021-ci ildən sonra Yunanıstanda yarışmaq planı barədə sosial şəbəkəsində yazıb: “Komandamla yenidən qürud duyuram. Əla iş gördük və (Finlandiyada) mükəmməl nəticə qazandıq. Xüsusən də Skot Martin və Elfin Evansı təbrik edirəm. Bundan başqa Takamoto Katsuta və Aaron Constounun podiuma yüksəlməsi məni sevindirdi. Yaxın müddətdə Yunanıstanda görüşərik”.

Ojye bu il 5 Rallidə mübarizə aparsa da, hazırda çempionatda 5-ci yerdədir. Fransalı sürücü 2011-ci ildə Citroen-də yarışarkən komanda yoldaşı əfsanəvi Sebastien Löbü 10.5 saniyə fərqlə qabaqlayaraq, Yunanıstanda qalib gəlmişdi.

Ojyenin Yunanıstanda sükan arxasına qayıtması o deməkdir ki, Toyota yenə də 4 maşınla yarışacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*