F-1.az xatırladır ki, fransalı sürücü problemli və bol cəza aldığı Xorvatiya yarışında 5-ci olub. O, ilk etapı qazansa da, ikinci etapda çuxura düşdüyü üçün təkəri partlayıb və burada 90 saniyə itirib. Daha sonra isə təhlükəsizlik kəmərinə görə 60 saniyə, şənbə günü ilk etapa gecikdiyi üçün 10 saniyə cəza alan çempion, ümumilikdə 2 dəqiqə 40 saniyə zaman cəzası alıb.
Sebastyen Ojye: “Xorvatiyada əziyyətimin qarşılığını ala bilmədim. Avtoidmanda bəzən belə hallar olur.
Kalle Rovanpera ilə mübarizə aparmağa tempimiz yox idi. Onu təbrik edirəm. 17-ci etapa birinci çıxanda onun tempinə çatmaq üçün çox risk almalı idik.
Bonus etapı da bizim üçün xaotik keçdi, çünki təkər seçimində heç nəyə yaramayan bir şey sınadım. Normala nisbətəm daha çox öndən sürüşmə və problem yaşadım. Buna görə də finiş xəttini keçdiyim üçün çox xoşbəxtəm”.