F-1.az xatırladır ki, fransalı sürücü bu il 3 ralliidən ikisinə qatılıb və ikisində də qalib gəlib. Əfsanəvi sürücü hazırda çempionatda liderdir. 39 yaşlı veteranın bundan sonra hansı rallilərə qatılacağı hələ bilinməsə də, onun bu il də 7 rallidə iştirak etməsi gözlənilir.
Lakin Sebastyan Ojye bildirib ki, Meksikada güc etapını Xorvatiya Rallisini düşünərək qazanıb: “Rallidən əvvəl çempionatda sıx mübarizə var idi və buna görə də bir az çox xal qazanmaq istəyirdim. Xorvatiyada iştirak edəcəyim üçün ən yaxşı start mövqeyini qazanmalı idim. Buna görə də güc etapında daha çox xal qazanmaq istədim”.