F-1.az xatırladır ki, səkkizqat Dünya Çempionu ailəsinə daha çox vaxt ayırmaq üçün tam mövsüm yarışmır və iki ildir Toyotada yarımmövsümlük mübarizə aparır.
Fransalı əfsanə keçən il 6 rallidə çıxış etmişdi. Bu il isə 3 ralliyə qatılıb və bunlardan ikisində qalib gəlib. Ojye gələnaykı Portuqaliya yarışında iştirak etməsə də, Sardiniyada yarışmaq ehtimalı var.
Sebastyen Ojye: “Komandamın məni harada yarışdırmaq istədiyini bilməsəm də, Sardiniyada çıxış etmək ehtimalım böyükdür”.