S.Ojye Sardiniya rallisində yarışacaq

Toyota komandasının sürücüsü Sebastyen Ojye bildirib ki, Saridiniya Rallisində çıxış edəcək.

F-1.az xatırladır ki, səkkizqat Dünya Çempionu ailəsinə vaxt ayırmaq üçün Dünya Ralli Çempionatında tamzamanlı yarışmır. Buna görə də bu il sadəcə 3 rallidə çıxış edib. Fransalı sürücü gələn həftə Portuqaliya Rallisində yarışmayacaq, amma iyunda Sardiniyada çıxış edəcək. O daha əvvəl burada 4 dəfə qalib gəlib.

Sebastyen Ojye: “Sardiniyada sevməyi öyrənmişəm. Orada əvvəllər çətinlik çəksəm də, daha sonra güclənməyə başladım.

Burada 2021-ci iıdəki xatirələrim çox dəyərlidir, çünki ilk başlayan mən olsam da, qalib gəlmişdim. Belə qələbələr həmişə dəyərli olub.

Bu il burada başlanğıcı mən etməyəcəm, amma yenə də bizi çətin ralli gözləyir. Tesrlər məhduddur. Hazır olmaq üçün çox şeyi nəzərdən keçirməliyik. Bu il 50 kilometr uzunluğunda etaplar olacaq və bunu sevirəm, çünki yarışa rəng qatırlar. Maraqlı yarış olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*