F-1.az xatlrladır ki, fransalı sürücü Monakoda son 12 ildə 9 qələbə və 3 ikincilik əldə edib.
Sebastian Ojye: “Keçən il əsəbpozucu idi. Bazar gününə öndə başlasam da, qələbəni əlimizdə saxlaya bilməmişdik. Bu il onu kompensə etmək istəyirdim və indi qələbənin həzzini yaşamalıyıq.
Bu asan başa gəlmədi. Şənbə günü Kalle sürətini artırmışdı və çətinlik çəkdim. Risk almaq istəmirdim, çünki bu təkərlər çox asanlıqla partlayırlar.
Son dövrlərdə bir neçə yaxşı nəticəni təkərlərə görə itirdim. Fərqi saxlamaq üçün əlimdən gələni edirdim. Qələbəyə layiq idik”.