S.Ojye Monte Karloda qələbə qazanıb

Fransız sürücü üçüncü dəfə ardıcıl, karyerasında isə dördüncü dəfə Monte Karloda mövsümün ilk yarışında qələbə qazanıb. Bu dəfə Sebastyen 16 xüsusi sahədən 8-də birinci olub və ən yaxın rəqibini iki dəqiqə qabaqlayıb.

F-1.az xəbər verir ki, yarışın qalibi faktiki olaraq dünən axşam məlum olub. Ötürmələr qutusunun qırılması üzündən Kris Mik mübairzədən kənar qaldıqdan sonra Ojyenin əsas rəqibi komanda yoldaşı Andreas Mikkelsen üzərində üstünlüyü iki dəqiqəyə çatmışdı. Ojyenin sözlərinə görə, son günü onun əsas vəzifəsi sadəcə finişə çatmaq olub…

Sebastyen Ojye: “Bu inanılmazdır! Bu ralli mənim üçün mövsümdə xüsusi əhəmiyyət kəsb edir. Çox şadam ki, yenə də mövsümə burda qələbə ilə başlayıram. Belə çətin rallidə dördüncü qələbəmə çox sevinirəm. Bütün komandama təşəkkür edirəm, maşın əla idi, Volkswagen üçün növbəti qələbəni qazandırmağa şadam”.

Ojyenin bu gün qələbə uğrunda rəqibi olmasa da, ikinci yer uğrunda gərgin mübarizə gedib. Tyerri Nevill son 3 sahədən əvvəl Andreasla fərqi 10 saniyəyə endirsə də, son sahələrdə bəxti gətirməyib və geri qalıb.

Mövsümün növbəti yarışı fevralın 11-dən 14-dək İsveçdə keçiriləcək…

Yer Sürücü Avtomobil Zaman/Fərq
1.  Sebastyen Ojye Volkswagen Polo R WRC 3:49.53,1
2.  Andreas Mikkelsen Volkswagen Polo R WRC + 1.54,5
3.  Tyerri Nevill Hyundai i20 WRC + 3.17,9
4.  Mads Ostberq Ford Fiesta RS WRC + 4.47,7
5.  Stefan Lefevr Citroen DS3 WRC + 7.35,6
6.  Dani Sordo Hyundai i20 WRC + 10.35,5
7.  Ott Tyanak Ford Fiesta RS WRC + 11.39,9
8.  Elfin Evans Ford Fiesta R5 + 18.30,8
9.  Esapekka Lappi Skoda Fabia R5 + 20.41,0
10.  Armin Kremer Volkswagen Polo R WRC + 20.43,9
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*