F-1.az xatırladır ki, fransalı sürücü Keniyada ilk gündən etibarən liderlik edərək, qalib gəlib. O, bütün etaplarda Kalle Rovanperanın nəfəsini arxasında hiss edib. Səkkizqat Dünya Çempionu ilk gündən sonra 23 saniyə öndə olsa da, gənc Rovanpera sonda fərqi 6.7 saniyəyə qədər azalda bilib.
Hətta əfsanəvi Ojye gənc rəqibinin təzyiqinə tab gətirməyərək, rallinin son günündə maşınının arxasını ağaca çırpıdı və maşını zədələdi.
Sebatyen Ojye: “Bu ralli ilə digərlərini müqayisə etmək olmaz. Karyeram ərzində bəzi çətin həftəsonlarım oldu və yenə dəqalib gəldik. Ancaq bu rallidəki təzyiqi də nəzərə alsaq, çətinlikdə bir zirvə idi. Düzünü desəm, finiş xəttini keçənə qədər qələbədən əmin deyildim. Hətta bonus etapında az qala bir daş radiatorumu sıradan çıxarırdı. Nə hiss edəcəyimi bilmirdim, çünki bütün həftəsonu ərzində çətin mübarizənin içində idim. Çox az hallarda belə sıx mübarizə görmüşəm. Bəzən zamana və rəqiblərinizə qarşı mübarizə aparmalısınız, amma bu dəfə bütün problemlərlə qarşılaşdım. Kalle çox sürətli idi”.
Qeyd edək ki, səkkizqat Dünya Çempionu bununla da mövsümdə 3-cü qələbəsini qazanıb və hazırda bu mövsüm üzrə ən çox ralli qazanan sürücüdür.