S.Ojye də Safari Rallisində mübarizə aparacaq

Səkkiz qat Dünya Çempionu Sebastyen Ojye iyun ayındakı Safari Rallisində də çıxış edəcək.

F-1.az xatırladır ki, fransalı sürücü ailəsinə vaxt ayırmaq üçün son iki mövsümdə yarızamanlı yarışır. O, bu il 3 rallidə çıxış edib və ikisində qalib gələrək, potensialının tükənmədiyini göstərib.

Portuqaliya Rallisinə qatılmayan Ojye Sardiniyada yenidən Toyota-nın sükanı arxasına dönəcək. Onun Safari Rallisində çıxış etməsi də gözlənilirdi. Toyota verdiyi açıqlamada onun Kenyada yarışacağını təsdiqləyib.

Qeyd edək ki, Safari iki il əvvəl yenidən təqvimə qayıdıb və burada Toyota çox güclüdür. 2021-ci ildə Sebastyen Ojye, 2022-ci ildə isə Kalle Rovanpera burada rahatlıqla qələbələr qazanıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*