S.Nasr: “Felipenin aldığı xal ona gələn il üçün kömək edəcək”

Felipe Nasrın atası Samir Nasr bildirib ki, oğlu Braziliyada mükəmməl performans göstərib və bu performans oğlunun gələn il Formula1-də qalmağına kömək edəcək.

F-1.az xatırladır ki, Felipe Nasrın Sauber komandası ilə problemləri var və onun adı Manor komandası ilə birlikdə hallanır.

Samir Nasr: “Felipenin Braziliyada qazandığı xallar Sauber-i 10-cu pilləyə yüksəltdi. Bu çox vacibdir, çünki arada milyon avrolar var. Sözün açığı, düşünürəm ki, bu nəticə ona gələn il Formula1-də qalmağa kömək edəcək. Belə xəbərlər var ki, Banco do Brazil maliyyə dəstəyini götürəcək. Eyni zamanda Verlyaynın Nasrı əvəz edəcəyi deyilir. Bunlarla razı deyiləm. Bir sürücü sponsorla komandasına 5 milyon avro qazandıra bilər, amma Nasr komandasına 11 milyon avro qazandırdı.

Heyif ki, kiçik komandalarda kim çox pul verirsə, onu götürürlər. Felipe üçün sponsor axtarırıq. Amma bu xallardan sonra dəyişiklik olacağına inanıram”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*