F-1.az xatırladır ki, Formula1-in ən çox qalib gələrək çempion ola bilməyən sürücüsü 2016-cı ildə 87 yaşında tənəffüs yollarının infeksiyasına görə xəstəxanaya aparılmışdı. Əfsanəvi sürücü xəstəxanada 134 gün qaldıqdan sonra Böyük Britaniyaya qayıtmışdı.
Bu barədə oğlu Elliot açıqlama verib: “Bu saytı izləyən fanlara və dostlarıma demək istəyirəm ki, atam bu saytın bağlanmasını istədi. 2016-cı ildəki ağır xəstəlik və yavaş sağalma prosesindən sonra yorulmaq bilməyən bu adam 88 yaşında təqaüdə çıxmağa qərar verdi. Beləliklə, artıq ailəsiylə istədiyi kimi vaxt keçirib dincələcək. Bütün Moss ailəsi adından hamınıza təşəkkür edirik”.