S.Moss evə buraxılıb

Əfsanəvi sürücü uzun müddət idi ki, xəstəxanaya yerləşdirilmişdi.

F-1.az xatırladır ki, heç bir titul qazanmamasına baxmayaraq, Formula1 tarixinin ən yaxşı sürücülərindən hesab olunan ser Stirlinq Moss ötən il dekabrın sonunda tənəffüs yollarının infeksiyasına görə Sinqapurdakı xəstəxanalardan birinə aparılmışdı.

Uzun müalicə prossesindən keçən Moss yalnız bu həftə evə buraxılıb və müalicəsi evdə davam etdiriləcək. Rəsmi bəyanatda deyilir: “Biz məmnuniyyətlə təsdiq edirik ki, ser Stirlinq Moss 134 gündən sonra evə buraxılıb. O və xanım Moss, əllərindən gələn hər şeyi etdikləri üçün tibbi personala, dəstək və sevgilərinə görə də azarkeşlərə və dostlara minnətdarlıqlarını bildirirlər. Onlar indi öz yataq otaqlarında uzanaraq İspaniya Qran Prisini izləmək üçün səbirsizlənirlər”.

Qeyd edək ki, Stirlinq Moss Formula1-də 1951-ci ildən 1961-ci ilə qədər iştirak edib. Çıxdığı 66 yarışda 16 qələbə, 24 podium və 16 poul qazanan britaniyalı 19 yarışda ən sürətli dövrəni vurub. Çempionatı 4 dəfə ikinci, 3 dəfə də üçüncü yerdə başa vurub. Avtoidmanda müxtəlif kateqoriyalarda 1948-ci ildən etibarən yarışıb və çıxdığı 529 yarışda 212 qələbə əldə edib. Ser Stirlinq avtoidman tarixinin ən yaxşılarından hesab edilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*