F-1.az xatırladır ki, Red Bull komandası keçən il Renault ilə yollarını ayırdı, amma Mercedes onlara mühərrik verməkdən imtina etdi. Avstriyalılar daha sonra Ferrari ilə danışıqlar aparsalar da, bu danışıqlar da nəticəsiz qaldı.
Red Bull komandası sonda TAG Heuer brendli Renault mühərriklərindən istifadə etmək qərarına gəldi.
Avstriyalılar mövsümə gözləniləndən sürətli başlayıblar. Rikkardo Çində sıalanma turunda ikinci yeri tutub və yarışın startında Rosberqi keçərək, birinci yerə yüksəlib. Daniil Kvyat isə bu il Mercedes və Ferrari-də yarışmayaraq podiuma çıxan ilk sürücü olub.
Sercio Markionne: “Böyük bir səhv edərdik. Bizə demişdilər ki, bizi qabaqlamayacaqlar, ancaq bunun səhv addım olacağını gördük”.
Mercedes Motorsport-un direktoru Toto Volff komandasının üstünlüyünü qorumaq üçün Red Bull ilə müqaviləyə qarşı çıxmışdı. Volff Red Bull-un onlarla mübarizə aparmamasına görə məmnundur: Yarış templərinə baxsaq, görərik ki, çox güclüdürlər. Rikkardonun təkəri partlasa da, çox yaxşı yüksəldi.
Onlar Fettel ilə mübarizə apara bilərlər. Bu həftəsonuna baxsaq, deyə bilərik ki, onlar bolidi xeyli təkmilləşdiriblər”.