Con Elkann, Fiat Chrysler konserninin prezidenti: “Təəssüf ki, qorxduğumuz şey baş verdi. Sercio Markionne – dahi insan və dostum həyatdan getdi. Ailəm və mən etdiyi şeylər üçün ona minnətdarıq”.
Xatırladaq ki, çiynindən əməliyyat olunan Sercionun vəziyyətinin ağır olduğu, işə qayıda bilməyəcəyi açıqlanmışdı və onun yerinə Con Elkann təyin olunmuşdu. Onun Sürixdəki hospitalda bir həftədən çox qalmayacağı planlaşdırılırdı, lakin əməliyyatdan sonra vəziyyəti ağırlaşan Markionne komaya düşmüşdü.