F-1.az xatırladır ki, Pəddi Lounun Mercedes-dən ayrılıb, Ferrari-yə keçəcəyi ilə bağlı söz-söhbətlər gəzirdi. Amma Lounun Mercedes-dən ayrılacağı dəqiqləşsə, o böyük ehtimalla Williams komandasına transfer olunacaq.
Sercio Markionne: “Pəddi Lou ağıllı mühəndisdir. Formula1-də çoxlu dostları var. Amma mən dəfələrlə demişəm ki, Ferrari-də ağıllı adamlar çoxdur. Maranello texniki cəhətdən çox təcrübəlidir və Pəddi Louya ehtiyacımız yoxdur.
Mövsümün gedişatına baxsaq, görərik ki, bolidi təkmilləşdirə bilmədik. Amma rəqiblərimiz bunu bacardılar. Red Bull-un necə performans göstərdiyini gördünüz.
Amma bizim iş prinsipimiz avqustda Binottonun vəzifəsi dəyişəndən sonra qaydasına düşdü. Bu qərar bizi sakitləşdirdi. Əlimizdəki qaynaqlardan daha səmərəli istifadə etməyə başladıq.
Əgər gələn il də inkişaf edə bilməsək, bu, mənim səhvim olacaq. Günahkar axtarmağa ehtiyac qalmayacaq”.