F-1.az xatırladır ki, Ferrari 2016-cı il mövsümünə çempionluq şüarı ilə başlasa da, hələ də qələbə qazana bilməyib və turnir cədvəlində 3-cü yerdədirlər. Bundan başqa “qırmızılar” İtaliya yarışından sonra podiuma çıxa bilməyiblər.
Ferrari komandasının sabiq rəhbəri Çezare Fyorio Meksika yarışından sonra Fettelə haqq qazandırmışdı: “Əgər mən Arrivabenenin yerinə olsaydım, Sebastyanın radiosunu bağlayardım və ona “sakit dur” deyərdim.
Fyorio bundan başqa bildirib ki, Ferrari yaxşı nəticə almalıdır: “Yaxşı nəticə almalıyıq. Bu mümkündür, çünki Amerika və Meksika yarışlarında layiq olduğumuzdan pis nəticələr aldıq”.
Markionne isə bildirib ki, 2017-ci ildə işləri düzəldəcəklərinə əmindirlər: “Nəticələrə görə xoşbəxt deyiləm, amma bunları kompensə edə bilərik. Mövsümü ən yaxşı formada bitirmək istəyirik. Bu, bizə gələnilki mövsüm üçün əla motivasiya olacaq”.