F-1.az xatırladır ki, Həmilton Avstraliya yarışında pit-stoplara qədər lider getsə də, Fettel virtual təhlükəsizlik maşını rejimindən maksimum faydalanaraq, mövsümün açılış yarışında qalib gəlib.
Sercio Markionne: “Sözün açığı, Ferrari-nim mövsümə yaxşı başlayacağını gözləmirdim. Melburnda İtaliyanın himnini dinlədiyimiz üçün sevincliyik. Komanda olaraq təslim olmadıq. Şans və strategiyanın köməyi ilə əla başlanğıc etdik. Sebastyan və Kimi əla yarış keçirdilər. Amma qarşıda 20 yarış var. Bu qələbə isə bizə motivasiya verdi. Yenə də çox sevinmək olmaz. Bolid təkmilləşməlidir və çox işləməliyik. Rəqiblərimiz çox güclüdürlər və ilk yarışda bunu gördük”.