S.Markionne: “Komandada qalmaq Kiminin öz əlindədir…”

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Kimi Rəykkönen 2017-ci ildə komandada qalmaq istəyirsə, özünü yaxşı tərəfdən göstərməlidir...

F-1.az xatırladır ki, Rəykkönenin müqaviləsi mövsümün sonunda başa çatır. Finlandiyalı sürücü mövsümə yaxşı başlasa da, son yarışlardakı çıxışı ilə azarkeşlərini məyus edib. Buna görə də “Buz Adam” ləqəbli sürücünün gələn il Ferrari-də qalıb-qalmayacağı hələ də dəqiq deyil.

Sercio Markionne bildirib ki, Rəykkönenin komandada qalması özündən asılıdır və əlavə edib ki, o. nəticələrini yaxşılaşdırmalıdır: “Kiminin Ferrari-də qalması onun performansından asılıdır. Burada qalmağa layiq olduğunu bizə sübut etməlidir. Əks halda, Kimi komandadan ayrılacaq. Amma mən də bir gün komandadan ayrılacam”.

Markionne mövsümə çempionluq hədəfi ilə başlasa da, komanda hələ də qələbə qazana bilməyib. Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bu barədə danışmışdı və bildirmişdi ki, SF16-H sazlanmalara uyğunlaşa bilən bolid deyil və əlavə etmişdi ki, uğur qazanmaq üçün bu həlledici məqamdır.

Jurnalistlər Markionnedən Mercedes-in üstünlüyünün sirrini soruşublar: “Onların sirri bolidin stabilliyindədir. Ferrari SF16-H sələfinə görə çox yeni boliddir. Dizaynı mükəmməl olsa da, tras üzərində gözləntiləri qarşılaya bilmədi. Performansımızı inkişaf etdirmək üçün ehtiyacımız olan şeyləri başa düşməliyik və bunun üçün də problemləri həll etməliyik. Bolidi anlamaq çox çətindir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*