S.Markionne: “Komandada dəyişiklik olacaq”

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Formula1 komandasında dəyişikliklər edəcək.

F-1.az xatırladır ki, Malayziya Qran Prisində həm Fettel, həm də Rəykkönen mühərriklə bağlı problemlər yaşayıblar.

Sercio Markionne: “Malayziyada hər iki Ferrari də qələbə qazana bilərdi. Bu reallıqdır. Sinqapurda da qazana bilərdilər. Bu da reallıqdır. Güc qurğusu ilə bağlı problemlərimizin olduğu da reallıqıdr, çünki komanda gəncdir. Bundan başqa detalların da keyfiyyəti yaxşı deyil. Bu vəziyyətə müdaxilə etdik və üzərində işləyirik. Malayziya yarışına qədər bu problemlərlə üzləşməmişiksə, şanslıyıq. İndi keyfiyyət şöbəsinin üzərində işləyirik və bəzi dəyişikliklər olacaq. Yarış vaxtı bu cür problemlər yaşamaq kefimizi pozur. Əgər problem bazada üzə çıxsa, heç nə olmaz, amma yarışa ikinci yerdən başlayan vaxt üzə çıxır və yarışa başlamağımıza mane olur. Bu hal çox bərbaddır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*