F-1.az xatırladır ki, Markionne 2016-cı il mövsümü başlamamışdan əvvəl çempion olacaqlarını desə də, “qırmızılar” yarış belə qazana bilməmiş və mövsümü 3-cü yerdə bağlamışdılar.
Son söz-söhbətlərə əsasən, İtaliya təmsilçisi 2017-ci il bolidində ciddi problemlərlə üzləşib.
Sercio Markionne: “Əgər bir işçim yanıma gəlib “bolid keçənilkinə niabətən 4 saniyə sürətlənib” desə, ona inanmaqdan başqa çarəm yoxdur.
İntelektual dürüstlük vacibdir, amma keçən ilin sonunda özümü axmaq kimi hiss etdim. Sözün açığı, məlumat paylaşımında problem var idi, amma artıq həll olunub”.