F-1.az xatırladır ki, Ferrari mövsümün ilk yarısında yarış qazana bilməyib və mühəndislər kubokunda Red Bull-un gerisinə düşüb.
Sercio Markionne: “Komandanın qaynaqlarını iki yerə bölmüşük. Bu il və gələn il üçün lazımi yatırımları etməyə davam edirik, Çünki hər iki bolidi inkişaf etdirməyə qadir olan işçilərə sahibik.
Mövsümün ilk yarısı istədiyimiz kimi keçmədi. Əksini desəm, yalan demiş olaram. Ümid edirəm ki, Belçikada yaxşı nəticə alarıq. Arrivabeneni komandanın başına gətirdik, çünki Formula1-i yaxşı tanıyır. O yaxşı komanda rəhbəridir və insanları yaxşı idarə edir. Sebastian və Rəykkönen kimi iki güclü sürücümüz var. Növbəti yarışlarda onlar əllərindən gələni etməyə davam edəcəklər. Bundan sonra itiriləcək vaxtımız yoxdur”.