S.Markionne: “Formula E seriyası Ferrari üçün hələ maraqlı deyil”

2016-cı ilin payızında Mercedes-Benz Grand Prix Ltd və Formula E Operations müqavilə imzalayıblar - Mercedes şirkəti Formula E-nin beşinci mövsümündə çıxış etmək istəyir. Müqavilənin şərtlərinə görə, alman komanda 2018-2019-cu illərdə iştirakçılardan biri olacaq.

F-1.az bildirir ki, Formula E heç də bütün böyük avtoistehsalçıların maraq mərkəzində deyil. Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, elektromobillərin yarış seriyası italyan şirkətinin diqqqətini cəlb etmir.

Sercio Markionne: “Hazırda Formula E-də istifadə olunan texnologiyalar bizim görmək istədiklərimizə uyğun deyil. Mən yarış zamanı batareyaların tutumunun kifayət qədər olmamasına görə maşnların dəyişdirilməsini nəzərdə tuturam. Formula E-də bizi cəlb edəcək nəsə tapmalıyıq. Şərait Ferrari-nin xeyrinə olacağı halda o seriyaya qoşulacağımızı istisna etmirik. Əks halda iştirak etməyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*