F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il qələbə qazana bilməsə də, bu il 2 dəfə qalib gəlməklə, 5 yarışın hamısında podiuma yüksəlib. Lakin 29 yaşlı sürücünün Mercedes komandasına keçmək ehtimalı var.
Sercio Markionne: “Əgər Sebastyan boliddən və komandadan razıdırsa, istədiyi qədər qala bilər. Keçən il danışıqlar gərgin keçmişdi, çünki bolidimiz rəqabətədavamlı deyildi. İndi isə işlər dəyişdi və istədiyimiz səviyyəyə çatmışıq. Uzun müddətdir ki, həm Mühəndislər, həm də Sürücülər Kubokunu qazanmağı xəyal edirik və bu il əlimizə əla imkan düşüb. Mövsümün sonuna qədər əlimizdən gələni edəcəyik”.