F-1.az xatırladır ki, italyanlar mövsümə çempionluq iddiası ilə başlasalar da, yarış belə qazana bilməyərək, mövsümü 3-cü yerdə başa vurublar: Sebastyan Fettel sürücülər çempionatında 4-cü, Rəykkönen isə 6-cı olublar.
Sercio Markionne: “Növbəti mövsümlər üçün ətrafımıza baxdığımızı etiraf etməliyəm. Digər sürücülərin vəziyyətlərini diqqətlə təhlil etməliyik. Bu, o demək deyil ki, biz sürücülərimizə güvənmirik. Amma digər sürücülərlə maraqlandığımızı demək düzgün olar. Rəykkönendən razıyam. Gələn il də yarışacaq. Bəs sonra nə olacaq? Təqaüdə çıxacaq yoxsa davam edəcək?
Fettellin müqaviləsini yeniləmək barədə danışmaq məntiqli deyil. 2017-ci ildə özünü komandada necə hiss edəcəyini bilməliyik. Ona güclü bolid verməliyik. Əks halda gələcək barədə danışmaq işə yaramayacaq.
Biz bilirik ki, o, bizimlə qalib gəlmək istəyir. Bəs biz ona təminat verə bilərik? Əgər ona təminat versək, o daha sakit və həyəcanlanmadan sürməlidir. Şəxsi münaqişələrə girməkdənsə, rəqiblərini məğlub etmək barədə düşünməlidir”.
Sercio Markionne bildirib ki, əgər Alfa Romeo Formula1-ə gəlsə, Ferrari üçün gənc sürücü yetişdirən komanda ola bilər: “Alfa Romeo italiyalı gənc sürücülər üçün yaxşı komanda ola bilər. Hazırda ən güclü italyan sürücü Covinatsi bizim komandadadır. Amma ondan başqa da sürücü tapmalıyıq. Alfa Romeo bunu təmin edə bilər. Düşünürəm ki, idmana dönüşləri mümkündür. Böyük ehtimalla, bu, Ferrari-nin işbirliyi ilə olacaq”.