F-1.az xatırladır ki, bəzi mənbələrə görə, Ferrari Formula1 komandasına ildə 450 milyon dollar purc xərcləyir və bu rəqəm çempionatda rekord məbləğdir.
Markionne 2014-cü ildə Ferrari-nin prezidenti olduqdan sonra 2017-ci ildə çempionluq mübarizəsi aparmaq üçün arxa planda bəzi işlər görüb və hesab edir ki, bu layihə üçün əlavə büdcəyə ehtiyac yoxdur: “Sizə düzünü deyəcəm. Ferrari F1 komandasına istədiyim qədər pul xərclədim. Amma bu, keçmişdə qaldı. Formula1-dəki inkişafımız üçün bu problem yaratmadı, amma artıq büdcəmizi səmərəli istifadə etməliyik.
Gözləyək, görək. Yeni bolidlər 2017-ci ilin martında yarışmağa başlayacaqlar. Komandada gördüyümüz işlərin nəticəsini və yenidənqurmanın təsirini onda görəcəyik”.
Markionne bildirib ki, 2017-ci illə bağlı proqnoz verməyəcək: “Gələn illə bağlı proqnoz vermək istəmirəm. 2016-cı ilin əvvəlində verdiyim proqnozlardan sonra dərsimi aldım. Bir də belə şey etməyəcəm. 2017-ci ilin bolidi trasa çıxana qədər gözləməliyik”.