F-1.az xatırladır ki, Sebastyan Fettel komandanın birinci sürücüsü kimi görünsə də, bu il yaşadığı problemlərə görə turnir cədvəlində birinci yerdə qərar tutan Rosberqdən 67 xal geri qalır.
Sercio Markionne: “Sürücülər çempionluğu? Mən düşünürəm ki, biz ona layiqik. Daha ağıllı olduğumuza görə yox, 2015-ci ildə gördüyümüz işlərə görə.
Ən əsası isə, biz işləməyə davam edirik. Bu mövsüm biz 3 yarışı qazana bilərdik.
Heyif ki, ya səhvlər oldu, ya bəxtimiz gətirmədi, ya da fərqli səbəblərə görə uğurlu ola bilmədik. Artıq 4 yarış geridə qaldı və mövsümün sonuna 17 yarış var. Hər şey göz qabağındadır.
Soçi bizim üçün ən çətin yarış oldu. Bizim maksimum gücdə mühərriyə ehtiyacımız var idi. Mercedes-in önündə olsaydıq, bizi, xüsusən də Fetteli çətinliklə keçərdilər”.