F-1.az bildirir ki, cümə axşamı şirkətin 3-cü rübdə işinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən Markionne Liberty Media-nın 2021-ci il üçün planlaşdırdığı dəyişiklikləri də şərh edib. Markionne təfərrüatlara varmadan qeyd edib ki, əgər yeni islahat Ferrari-nin maraqlarına cavab verməsə, onda şirkət dünya çempionatdakı iştirakını başa vura bilər…
Sercio Markionne: “Formula1 bizim şirkət qurulduğu gündən bizim DNT-nin bir hissəsinə çevrilib. Amma bu çempionatı tanınmayacaq dərəcədə dəyişsələr, bizim orada iştirakımız maraqlı olmayacaq. Mən qlobal miqyasda NASCAR tipli oyunlarda oynamaq istəmirəm, sadəcə bununla məşğul olmaq istəmirəm”.
Toplantıdan sonra jurnalistlərdən birinin Markionneyə ünvanladığı “tarixə şirkəti F1-dən çıxaran prezident kimi düşmək istəyirmi?” sualına cavabında italiyalı mütəxəssis bildirib ki, cari çempionata daha dəyərli əvəzləmə axtarmaqla alternativ strategiyanı dəyərləndirməyə çalışacaq.
Markionne qeyd edib ki, məsrəflərin azaldılmasına və sadə, ucuz güc qurğularının hazırlanmasına yönələn istiqaməti ümumən dəstəkləyir, amma öz tələblərini də irəli sürüb: “Liberty Media-nın bəzi yaxşı niyyətləri var, məsələn, məsrəflərinazaldılması – məncə, bu yaxşı fikirdir.
Amma mən hesab edirəm ki, biz mövqeyimizi qəti bildirməliyik: əgər bizim brend bazarda öz vəziyyətini möhkəmlətməyəcəksə, onda biz çempionatda iştirak etməyəcəyik”.
Hərçənd, Markionnenin sözlərinə görə, əlavə məlumatların yayılmasını gözləməyə hazırdır. İtalyanlar Strateji İşçi Qrupun növbəti iclasında iştirak edəcəklər: “Gələn həftənin 2-ci günü baş tutacaq toplantıda iştirak edəcəm, baxaq görək yeni reqlamentin müzakirələri nə ilə başa çatacaq. Mən şəxsən orada olacam, çünki bu strateji planlar bizim gələcəyimizdə vacib rol oynayırlar…”