F-1.az xatırladır ki, yayda çıxan xəbərlərə əsasən, Mattia Binotto ilə Mauritsio Arrivabene arasında taxt oyunu gedirdi. Ferrari-nin son yarışlardakı zəif performansı və problemləri bu şayiələri daha da gücləndirib.
Sercio Markionne: “Həm Arrivabene, həm də Binotto bolidin üzərində bir yerdə işləyiblər. Birini seçmək axmaqlıq olar. Əgər bu ikisindən biri uğursuz olsa, hər ikisini də qovarıq. Çünki hər şeyi bir yerdə ediblər. Hazırda əsas işimiz problemləri həll etmək və yenidən qalib gəlməyə başlamaqdır. Bütün problemləri bir adamın ayağına yazmaq doğru olmaz. Komanda olaraq səhvləri tapıb düzəltməliyik”.