F-1.az xəbər verir ki, turbo mühərriklər idmana gələndən sonra müstəqil komandaların mühərrik xərcləri artıb. Bu məsələni həll etmək üçüb FİA və FOM alternativ mühərrik fikrini gündəmə gətirsələr də, istehsalçılar Formula1 komissiyasının noyabr iclasında bu təklifi rədd etmişdilər. Mühərrik istehsalçıları bu həftənin cümə gününə qədər məsələnin həll yolunu tapmalıdırlar.
Ferrari-nin prezidenti Markionne mövzu ilə bağlı fikirlərini bölüşüb: “Əgər biz Mercedes-ə gəlib desək ki, öz mühərrikinizdən fərqlənən başqa mühərrik istehsal edin, bu onlarçün əlavə xərc olacaq. Bu xərci FOM ödəməlidir.
Ferrari də güc qurğusunu təkmilləşdirmək üçün bu layihəyə qoşula bilər. Biz də texnologiyamızı paylaşmaq istəyərik, amma tək olmamaq şərti ilə. Ferrari Formula1 üçün çox pul xərcləyir və bu xərclər markaya təsir edir. Gördüyümüz bütün işlərə çoxlu pul gedir.
Bu Mercedes üçün də baha başa gəlir. Burada tək qazanan isə Berni Ekklstoundur. İşin idarəçiləri məsuliyyəti də boyunlarına almalıdırlar. Bizim də məsuliyyətlərimiz var, amma onlar fərqlidirlər. Qaydaları dəyişdirərək, Ferrari və Mersedesi pis vəziyyətdə qoymaq doğru deyil”.