S.Markionne: “Alonso Ferrari-yə gəlməyəcək”

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Fernando Alonsonu komandaya qaytarmaq fikirləri yoxdur.

F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, Rəykkönen mövsümün sonunda karyerasını bitirərək, təqaüdə çıxacaq.

Bir neçə gün bundan əvvəl isə Alonsonun Ferrari ilə ilkin müqavilə bağladığı dedi-qoduları çıxmışdı.

Sercio Markionne: “Alonso geri dönmək istəsə də, bizdən arzuladığı cavabı almadı. Onunla maraqlanmırıq. Ferstappen ilə də müqavilə bağlamamışıq.

Sözün açığı, əlimizdə bəzi alternativlər var. Kimi ilə danışıqlara davam edəcəyik. Seb isə komandada qalmaq istəyirsə, ona həmişə yerimiz var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*