F-1.az xatırladır ki, keçən mövsüm Ferrari şirkəti Red Bull komandasına mühərrik təklif etmişdi, ancaq bu mühərriklərin adı Ferrari yox, Alfa Romeo olmalı idi.
Markionne bu barədə açıqlama verib: “Adlarını yenidən qazanmaq istəyirlərsə, Formula1-ə qayıtmalıdırlar. Onlar Ferrari ilə işləyə bilərlər. Alfa Romeo öz şassisini düzəltmək istedadına sahibdir. Eyni zamanda öz mühərriklərini də istehsal edə bilərlər”.
Qeyd edək ki, Alfa Romeo Formula1 tarixinin ilk çempionudur. İtalyanlar sonuncu dəfə Formula1-də 1985-ci ildə çıxış ediblər. İtalyan komandasının aktivində 10 qələbə, 26 podium, 50 xal və 2 sürücülər çempionluğu var. Alfa Romeo-da Formula1-in adlı-sanlı pilotları çıxış ediblər. Bunlara Formula1 tarixinin ilk Dünya Çempionu olan Nino Farinanı, Xuan Manuel Fanxionu, Mario Andrettini və Rikkardo Patrezeni misal göstərmək olar…