F-1.az bildirir ki, Alfa Romeo brendi Sauber-lə idmana qayıtdıqdan sonra əksəriyyət Maserati-nin də Haas-la idmana qayıdacağını iddia edir.
Sercio Markionne: “Bir plan və bir ehtimal var. Amma hazırda dəqiq söhbət yoxdur. Bu, hələki bir alternativdir. Maserati-nin qayıtmaq ehtimalı olsa da, Alfa Romeo-nun necə işləyəcəyini görməliyik. Birinin nəticələrini görmədən iki markanı birdən idmana gətirməyin mənası yoxdur. Görək Alfa nə edəcək”.