F-1.az bildirir ki, məktubda belə yazılıb: “Bu il bir çox şeyin necə olacağını bilmirik, çünki qaydalarda ciddi dəyişikliklər var. İndidən proqnoz vermək çətindir. Lakin mən əminliklə deyirəm ki, Ferrari mübarizəyə köklənib. Bizim motivasiyamız var və Ferrari-ni liderliyə qaytarmaq istəyirik. 2016-cı ili unutmaq ən yaxşısıdır. Bizim Mattia Binottonun rəhbərliyi altında gözəl mühəndislərimiz var. Mauritsio Arrivabene komandanı əla idarə edir və iki güclü sürücümüz – Sebastyan Fettel və Kimi Rəykkönen əllərindən gələni edəcəklər”.
La Gazetta dello Sport isə bildirib ki, Markionne tutduğu vəzifələrdə 2021-ci ilin fevral ayına qədər qalacaq.