S.Markionne: “2018-ci ildə gedəcəm”

Fiat-Chrysler alyansının idarə heyətinin rəhbəri və Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, 2018-ci ildə təqaüdə çıxacaq.

F-1.az xatırladır ki, Markionne 2014-cü ildən Ferrari-nin prezidentidir və eyni zamanda Fiat-Chrysler alyansının idarə heyətinin rəhbəridir.

İtaliyalı prezident 2018-ci ildə təqaüdə çıxacağını bildirib: “Bu, 2014-cü ildə başlayan beşillik layihə idi. 2018-ci ildə bu layihənin sonuna gələcəyik. Həyatım boyu çox işlədim və artıq fərqli işlərlə məşğul olmaq istəyirəm. Bir daha qayıtmamaq şərtilə təqaüdə çıxacam. Bir az da cavanlar işləsin”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*