F-1.az xəbər verir ki, mütəxəssis bunun çox normal olduğunu düşünür.
Saymon Lezenbi: “Əlbəttə, Maks sprintləri sevmir. Əgər normal şəraitdə belə rəqibləriniz üçün əlçatmazsınızsa, bütün bu formatlı təcrübələr niyə lazımdır?
Bəlkə səhv edirəm. Ola bilsin ki, Ferstappen ruhən ənənəvi yarışlara yaxındır və o hesab edir ki, yarış həftəsonu yalnız klassik formatda keçirilməlidir. Amma şübhələrim var ki, o, sadəcə olaraq risk etmək istəmir. Klassik format onsuz da yaxşı idi. Yaxşı işləyə şeyi niyə dəyişdirəsən?”.