F-1.az bildirir ki, monakolu sürücü Versiliada azarkeşlərlə şəkil çəkdirərkən, onlardan biri gənc pilotun 300 min avrodan baha olan Richard Mille RM67 saatını biləyindən çıxarıb.
Bu saat Lekler üçün xüsusi hazırlanıb. Real qiyməti 300 min avro civarında olsa da, auksiyonlarda rahatlıqla 1 milyon avroya satıla bilər.
Oğurluğun planlı şəkildə olduğu düşünülür. Lekler saatının itdiyini anlayan kimi polisə şikayət verib. Hadisə araşdırılır.