F-1.a xatırladır ki, sürücülər dördhəftəlik tətilə görə istirahət guşələrinə yollanıblar. Lekler isə tətili öz vətənində – Monakoda və İtaliyada qeyd edib. Lakin monakolu sürücü tətilin son günündə qulaq infeksiyasına yoluxub. Buna görə də ağrıdan təyyarəyə minə bilməyib.
Gənc sürücü Zandforta öz maşını ilə gəlib və 14 saat avtomobil sürməli olub.
Formula1 müxbiri Vil Bakston: “Şarl qulaq infeksiyasına yoluxduğu üçün bura təyyarə ilə yox, öz maşını ilə gəlməli olub. Bu barədə onunla danışdım və ürəyinin bulanıb-bulanmadığı ilə maraqlandım. Bir probleminin olmadığını dedi”.
Qeyd edək ki, Leklerdən başqa Corc Rassell də sörfinq edərkən, zədələnib. Ləns Stroll isə xəstələnərək 4-cü gün keçirilən mətbuat konfransını buraxmalı olub.