F-1.az xatırladır ki, monakolu sürücü Ayrton Senna kimi vahid dövrə performansına görə fərqlənir. O, indiyə qədər 9 poul qazanıb.
Şarl Lekler: “İdealım həmişə Senna olub. Onunla bağlı sənədli filmlər izləmişəm. Onunla işləyən adamlarla danışmışam və çox xüsusi biri olub. O, sadəcə bolid sürərkən yox, şəxsi həyatında da xüsusi adam idi.
Öləndən sonra bütün sərvətini Braziliyada xeyriyyə fonduna verdi. Bu da 400 milyon dollardan çox idi. O, həmişə əfsanə olacaq. Sadəcə mənim üçün yox, əksəriyyət üçün…”.