F-1.az bildirir ki, monakolu sürücü Sinqapurda mükəmməl dövrə ilə ardıcıl üçüncü poulunu qazanıb.
Şarl Lekler: “Bu günə görə çox xoşbəxtəm. Dövrəm yaxşı idi, amma bəzən bolidin idarəetməsini itirməkdən qorxurdum. Buna baxmayaraq, poul ala bildim. Komandama təşəkkür edirəm. Əla iş gördülər. Buraya ehtiyacımız olan paketi gətirdilər və poul qazandıq. Bunu görmək gözəldir. Həftəsonunun belə keçməsi gözəldir. Cümə günü çətin keçsə də, çox işlədim və bəhrəsini gördüm”.